
Bakı.Trend:
Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər),
Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları artıq
Dərnəgüldə də dayanır.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat
xidməti məlumat yayıb.
“Rayonlara getmək üçün artıq Bakı Dəmiryol Vağzalına və ya digər
ən yaxın stansiyaya gəlməyə ehtiyac yoxdur”, – deyə ADY-nin Mətbuat
Xidmətindən əlavə edilib.

