Bakıda müəllimlərin orta aylıq maaşı nə qədərdir?

Baş səhifə

Bakı. Trend:

2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil
müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1109
manat təşkil edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin məlumatına
əsasən, məktəbəqədər təhsil müəssisələrində çalışan
tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı isə 583 manat təşkil
edib.




“Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin
texnologiya, təsviri incəsənət, tarix, fiziki tərbiyə, musiqi
fənləri üzrə (həmçinin əvvəlki illərdə sertifikasiyası keçirilmiş
fənlər üzrə pedaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial
məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş)
sertifikatlaşdırılması həyata keçiriləcək.

Qeyd olunan fənlər üzrə 4 453 müəllimə sertifikasiyada iştirak
üçün müvafiq sistem üzərindən dəvət göndərilib”, – məlumatda qeyd
olunub.