Bakı. Trend:
ABŞ və İran nümayəndələri İsveçrədə keçirilən danışıqlar zamanı
Livanda atəşkəs rejiminə əməl olunmasının təmin edilməsini müzakirə
ediblər.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, danışıqlar İsveçrənin Bürgenştok şəhərində baş
tutub və əsas müzakirə mövzularından biri “Livandakı münaqişənin
həlli mexanizmi və atəşkəsə əməl olunmasının təmin edilməsi” olub.
Bu barədə israilli jurnalist Barak Ravid mənbəyə istinadla məlumat
verib.
ABŞ tərəfinin nümayəndəsinin sözlərinə görə, müzakirələrdə həmin
məsələ gün ərzində diqqət mərkəzində olan əsas mövzulardan biri
kimi qiymətləndirilib.

