İran Hörmüz boğazına nəzarət etmir – ABŞ Silahlı Qüvvələri

Baş səhifə

Bakı. Trend:

İran Hörmüz boğazına nəzarət etmir.

Bu barədə “Axios” xəbər portalının jurnalisti Barak Ravid “X”
sosial şəbəkəsində yazıb.




Jurnalist paylaşımında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi, birinci dərəcəli
kapitan Tim Hokinsin sözlərindən sitat gətirib.

“Gəmilərin hərəkəti davam edir və ABŞ Silahlı Qüvvələri
vəziyyətin belə qalmasını təmin etmək üçün vəziyyəti izləyir”, –
deyə Ravid onun sözlərindən sitat gətirib.