Şahbaz Şərif ABŞ-İran danışıqlarında iştirak edəcək

Baş səhifə

Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 21-də İsveçrədə keçiriləcək ABŞ-İran danışıqlarında iştirak edəcəyini təsdiqləyib.

Metbuat.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İrana məxsus diplomatik mənbə bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner İranla danışıqlar aparmaq üçün İsveçrədə səfərdədirlər.

Pakistan Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların iyunun 21-də İsveçrənin Bürgenstok kurort zonasında keçiriləcəyini açıqlamışdı. Müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətər vasitəçiləri iştirak edəcəklər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.