Münhendə yük qatarları toqquşdu – Ölən var

Baş səhifə

Almaniyanın Münhen şəhərində səhər saatlarında iki yük qatarının toqquşması nəticəsində bir nəfər həyatını itirib.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə körpü üzərində baş verib.

Yerli polis bildirib ki, qəza zamanı vaqonlardan ikisi relsdən çıxaraq körpüdən aşağı düşüb.

Hadisənin başvermə səbəbləri hazırda araşdırılır.

Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, qəza yerinə təxminən 60 xilasedici və digər fövqəladə hallar xidmətinin əməkdaşı cəlb olunub.