Bakı. Trend:
2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili
göstərir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər var.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent”
jurnalının 12-ci sayında dərc olunub.
Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6
nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb.
“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin
protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən
bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar
üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı
belədir: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı
rayonlarının hərəsində 1 nəfər”, – məlumatda qeyd edilib.

