
Bakı. Trend:
Yay istisi yollarda gözlənilməz riskləri özü ilə gətirir. PAŞA
Sığorta sürücüləri bu risklərə qarşı vaxtında hazırlıqlı olmağa
çağırır.
Yüksək temperatur nəqliyyat vasitəsinin texniki vəziyyətinə də
təsir göstərir. Soyutma sistemindəki nasazlıq, yağ çatışmazlığı və
ya uzun müddətli tıxacda dayanan avtomobilin həddindən artıq
qızması — bunların hər biri mühərrikin tüstülənməsinə, ən pis halda
isə alovlanmaya səbəb ola bilər.
Bu səbəbdən sürücülərə uzun səfərlərdən əvvəl avtomobillərinin
texniki baxışını həyata keçirmək, soyutma sistemini yoxlatdırmaq və
mümkün riskləri öncədən qiymətləndirmək tövsiyə olunur.
Lakin yay mövsümündə risklər yalnız istiliklə məhdudlaşmır.
İyunun 11-də Ağdaş rayonunun Ləki kəndi ərazisində gecə baş verən
hadisə bunun bariz nümunəsidir: ildırım yük avtomobilini vurdu.
Azərbaycan üçün son dərəcə nadir sayılan bu hadisə sürücülərin
ağlına belə gəlməyən risklərin real olduğunu bir daha sübut
etdi.
Məhz belə hallarda KASKO sığortası sürücülərin köməyinə gəlir.
Yanğın, ildırım düşməsi, təbii fəlakət, torpaq sürüşməsi, leysan,
subasma, qəza, bütün bunlar “PAŞA Sığorta”nın KASKO təminatına
daxildir. Sürücü cibindən heç nə ödəmədən avtomobili bərpa olunur
və zərərlər ödənilir.
“PAŞA Sığortanın KASKO məhsulları haqqında ətraflı məlumat üçün
*7000 nömrəsinə zəng edin və ya PASHA-INSURANCE.AZ
saytına daxil olun.

