Azərbaycan cüdoçuları Avropa çempionatında iştirak edəcəklər

Baş səhifə

Bakı. Trend:

29 iyun – 2 iyul tarixlərində İspaniyanın
Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr
arasında Avropa çempionatı keçiriləcək.

Qitə birinciliyində Azərbaycanı ümumilikdə 12 çəki dərəcəsində
17 idmançı (10 oğlan, 7 qız) fərdi yarışlarda təmsil edəcək.
Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə
aparacaq.

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi
Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki,
yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və
məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.




Oğlanlar
-50 kq
Nihad Ağayev
Fərid Rzazadə
-55 kq
Rza Xəlilli
İbrahim Talıbov
-60 kq
Mehman Əsgərov
-66 kq
İlkin Qarayev
-73 kq
Sadiq Məmmədov
-81 kq
Yaqub Məmmədov
Ayxan Həsənli
-90 kq
Ömər Axundov

Yalnız qarışıq komanda yarışında
+81 kq
Tamerlan Əliyev

Qızlar
-40 kq
Zəhra Quliyeva
Sunay Salamova
-44 kq
Pərvin Sevxanlı
Fatimə Abdullayeva
-48 kq
Könül Eyvazlı
-70 kq
Məsumə Məmmədli
+70 kq
Zemfira Əliyeva
Yalnız qarışıq komanda yarışında
-63 kq
Səmayə Yusifli