
Bakı. Trend:
İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan
Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan
Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan
arasında işgüzar görüş keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə
bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün
və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli
dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında
etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar.
Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların
davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün
Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.

