Bitkoinin qiyməti 62 min dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Kriptovalyuta bazarında həftəlik azalmadan sonra yenidən
yüksəliş tendensiyası müşahidə olunur.

Bazarın ümumi kapitallaşması 0,82 faiz artaraq 2,14 trilyon
dollara yüksəlib.




Dünyanın ən iri kriptovalyutası hesab edilən Bitkoinin dəyəri
son 24 saat ərzində 1,34 faiz artaraq 62 323 dollara çatıb. Bununla
yanaşı, aktivin qiyməti son bir həftədə 3,12 faiz azalıb.

“Ethereum”un qiyməti son sutkada 0,84 faiz yüksələrək 1 644
dollar olub. Lakin kriptovalyuta həftəlik müqayisədə 9,02 faiz
dəyər itirib. BNB isə son 24 saatda 0,95 faiz bahalaşsa da, son
yeddi gündə 4,3 faiz ucuzlaşıb.