Filippində baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Baş səhifə

Bakı. Trend:

Filippinin cənubunda ötən gün baş verən 7,8 bal gücündə zəlzələ
nəticəsində həlak olanların sayı 37-yə çatıb.

Trend xəbər verir ki,
bu barədə “GMA News” məlumat yayıb.

Filippin Mülki Müdafiə Departamentinin məlumatına görə,
ümumilikdə 456 nəfər xəsarət alıb, daha 4 nəfər isə itkin düşmüş
hesab olunur.




Yerli hakimiyyət orqanları bildiriblər ki, Mindanao adasında
məktəblər, xəstəxanalar və yaşayış binaları da daxil olmaqla
təxminən 1900 tikiliyə ziyan dəyib. Onlardan 1500-ə yaxını tamamilə
dağılıb.

Zəlzələ nəticəsində General Santos Beynəlxalq Hava Limanına da
ziyan dəyib ki, bu da bir sıra uçuşların ləğvinə səbəb olub.
Filippin Mülki Aviasiya İdarəsi zəlzələdən sonra hərbi, hökumət və
humanitar missiyalara aid təyyarələrin yardım məqsədilə hava
limanından istifadəsinə icazə verib.

Bundan əlavə, General Santos şəhərində fövqəladə vəziyyət elan
olunub.