
Bakı. Trend:
La Liqada 2025/26 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, mükafatı “Barselona”nın hücumçusu
Lamin Yamal qazanıb.
Yamal bu mükafata namizədlər arasında Kilian Mbappé, Vedat
Muriqi, Pablo Fornals və Nikolas Pepe kimi futbolçuları
qabaqlayıb.
Bu, Yamalın karyerasında daha bir mühüm fərdi nailiyyətdir. O,
La Liqa tarixində bu mükafatı qazanan ən gənc futbolçulardan biri
olub.
İspaniyalı millisinin üzvü başa çatan mövsümdə 28 oyunda 16 qol
vurub, 12 məhsuldar ötürmə edib.

