Bakı. Trend:
Xüsusi müalicəsi olmayan nadir “Burbon”virusuna ilk yoluxma halı
ABŞ-nin Nyu-York ştatında təsdiqlənib.
Bu barədə “People” jurnalı məlumat yayıb.
Məlumata görə, gənə dişləməsi ilə yayılan virusa Lonq-Aylenddə
yaşayan 67 yaşlı Maykl Larkin yoluxub. Jurnalın yazdığına görə, bir
müddət sonra onda güclü baş ağrıları və halsızlıq yaranıb, bundan
sonra xəstəxanaya yerləşdirilib. Əvvəlcə ona Laym xəstəliyi ilə
bağlı test aparılıb, lakin nəticə mənfi olub. Uzunmüddətli
araşdırmalardan sonra həkimlər Larkinin məhz Bourbon virusuna
yoluxduğunu müəyyən ediblər. “CBS News” telekanalının məlumatına
görə, Larkin xəstəliyə qalib gələ bilib.
“Burbon” virusu ilk dəfə 2014-cü ildə ABŞ-nin Kanzas ştatında
aşkar edilib və ilk yoluxma halının qeydə alındığı dairənin
şərəfinə adlandırılıb.

