Peruda turistləri daşıyan təyyarə qəzasında 13 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Peruda Naska səhrasındakı geoqriflər üzərində ekskursiya uçuşu
həyata keçirməli olan təyyarənin qəzaya uğraması nəticəsində 13
nəfər həlak olub.

Bu barədə bələdiyyə hakimiyyəti məlumat yayıb.




“Naska bələdiyyəsi Pueblo Viexo rayonunda “Aerodiana” şirkətinə
məxsus təyyarənin faciəvi qəzaya uğraması ilə əlaqədar dərin
hüznünü ifadə edir və həlak olan 13 nəfərin ailələrinə və
yaxınlarına ən səmimi başsağlığını çatdırır”, – вунэ məlumatda
bildirilib.

Hakimiyyət orqanlarının məlumatına görə, təyyarə Naska
geoqrifləri üzərində ekskursiya uçuşu həyata keçirmək üçün Pisko
şəhərindən havaya qalxmışdı. Qəzanın başvermə səbəbləri
araşdırılır.