Donald Tramp Venesuelanın xəritəsini növbəti dəfə “51-ci ştat” yazısı ilə paylaşıb

Baş səhifə

Bakı. Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp növbəti
dəfə özünün “Truth” sosial media hesabında üzərində Venesuelanın
xəritəsi və “51-ci ştat” yazısı olan şəkil paylaşıb.

Həmin şəkildə Bolivar Respublikasının ərazisi ABŞ-nin bayrağının
rəngləri ilə rənglənib.




Qeyd edək ki, Donald Tramp əvvəllər də oxşar şəkillər paylaşıb.
O, dəfələrlə Venesuela, Kanada və Danimarkanın muxtar ərazisi olan
Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalını müzakirə edib.

Bu il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə
hücum edib, Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya
Flores tutularaq ABŞ-yə aparılıblar.