Bakı. Trend:
Macarıstanın Baş naziri Peter Macyar avqustun 2-də Pakş Atom
Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırdığını elan
edib.
Baş nazir bu barədə feysbuk səhifəsində yazıb.
Baş nazir bildirib ki, bu, Dunay çayında suyun səviyyəsinin isti
hava şəraiti ilə əlaqədar aşağı düşməsi ilə bağlıdır.
Qeyd edək ki, Mərkəzi Avropada baş verən anormal istilər və
quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi tarixi minimum
səviyyəyə düşüb.

