Tramp İrana planlaşdırılan "Böyük hücümu" ləğv edib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp Tehranla razılığa gəlmək üçün İrana planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu bildirib.

Modern.az xəbər verir ki, Bu barədə D. Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“ABŞ, İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda hərbi terror, güc və qüvvə ilə İran İslam Respublikasına qarşı hərəkətə keçməyə tam döyüş hazırlığı vəziyyətində idi”, – deyə Donald Tramp yazıb.

“Buna baxmayaraq, İran və Yaxın Şərqin digər ölkələri bizdən hücumdan çəkinməyi xahiş etdilər, çünki razılaşmanın əsas konturları artıq razılaşdırılmışdı”, – deyə ABŞ lideri əlavə edib.

Onun sözlərinə görə, həmin razılaşma Hörmüz boğazının dərhal və tam açılmasını, həmçinin İran tərəfindən qaynaqlanan nüvə təhlükəsinin aradan qaldırılmasını nəzərdə tuturdu.

“Bu xahişi nəzərə alaraq, sülh naminə, eləcə də İranın sağ qalması və firavanlığı üçün, razılaşmanı qısa müddətdə əldə edə biləcəyimiz şərti ilə zərbəni ləğv etməyə razı oldum”, – deyə Tramp vurğulayıb və əlavə edib ki, İsrail də bu mövqeni bölüşür.