Çində daşqın təhlükəsi ilə əlaqədar on minlərlə sakin təxliyə olunub

Baş səhifə

Bakı. Trend:

Çinin Siçuan əyalətində daşqın təhlükəsi ilə bağlı təxminən 65
min sakin təxliyə edilib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.




Bildirildiyinə görə, son 24 saat ərzində əyalətin bəzi
ərazilərinə 186 millimetrə qədər yağıntı düşüb.