
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoran yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı beşə çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə REN TV məlumat yayıb
Bildirilib ki, iki nəfər xəstəxanada ölüb. Altı nəfərdən çox yaralının vəziyyəti ağır olaraq qalır və həkimlər onların həyatını xilas etmək üçün mübarizə aparmağa davam edirlər.
***
saat 03.24
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoran yaxınlığında baş vermiş partlayış nəticəsində yaralananların sayı 21 nəfərə yüksəlib.
APA xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
***
1 avqust, 23:01
Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən kafelərdən birinin yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
“Russia Today” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış açıq havada fəaliyyət göstərən kafenin yaxınlığında baş verib.
Hadisə yerində fövqəladə xidmət əməkdaşları işləyir. Partlayışın səbəbi hələlik açıqlanmayıb.

