
Ermənistanda kriminal aləmlə əlaqəli şəxslərə qarşı yeni cinayət təqibi başladılıb, “qanuni oğru” kimi tanınan şəxsə və kriminal qruplaşma ilə əlaqədə ittiham olunan şəxslərə ittiham irəli sürülüb.
Modern.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, “Tetsik” ləqəbi ilə tanınan A.H. şəxsi mübahisəsini həll etmək üçün kriminal iyerarxiyada yüksək statusa malik V.H.-yə – “qanuni oğru Bje” kimi tanınan Vardan Asatryana müraciət edib.
İddialara görə, Vardan Asatryan “Tetsik”ə göstəriş verib ki, əvvəllər cinayət işləri çərçivəsində kriminal subkulturanın nümayəndələrinə qarşı ifadə verdiyi üçün “Gojo” ləqəbli S.P.-ni nüfuzdan salınmış şəxs kimi tanısın və cəzalandırsın.
Məlumata əsasən, Vardan Asatryana qarşı Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə – kriminal iyerarxiyada yüksək statusun əldə edilməsi, saxlanılması və ya verilməsi ittihamı ilə ictimai cinayət təqibi başlanıb.
A.H.-yə qarşı isə Cinayət Məcəlləsinin 324.1-ci maddəsi ilə – kriminal subkultura daşıyan qruplaşmada iştirak və ya bu fəaliyyətə cəlb olunma maddəsi üzrə ittiham irəli sürülüb.

