
Bakı. Trend:
“Barselona” Xulian Alvaresin transferi ilə bağlı danışıqlarda
irəliləyiş əldə edə bilmir.
Trend xəbər verir ki,
daha əvvəl Kataloniya klubunun “Atletiko” hücumçusu üçün təxminən
100 milyon avro təklif etdiyi, lakin Madrid təmsilçisinin
futbolçunu buraxmaqdan imtina etdiyi bildirilmişdi. Danışıqlar
prosesi dalana dirənib. “Atletiko” argentinalı futbolçunu satmaq
niyyətində deyil, çünki o, klubun növbəti mövsümlə bağlı
planlarının vacib hissəsidir.
Məlumata əsasən, hazırda yeganə real variant Arsenala keçid
hesab olunur. Lakin Xulian Alvarez bu seçimi nəzərdən keçirmir. O,
“Atletiko”dan ayrılacağı təqdirdə “Barselona”ya keçməyə üstünlük
verir, amma transferin baş tutması üçün kluba təzyiq göstərmək və
ya prosesi sürətləndirmək niyyətində deyil.
Alvares ötən mövsüm La Ligada 29 oyuna çıxıb, 8 qol vurub və 4
məhsuldar ötürmə edib.

