ADA Universitetində 14-cü Beynəlxalq Festival keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADA Universitetində ali təhsil müəssisəsinin ənənəvi
tədbirlərindən sayılan 14-cü Beynəlxalq Festival uğurla baş
tutub.

Trend xəbər
verir ki, mədəni müxtəlifliyi tərənnüm etmək və beynəlxalq
əməkdaşlığı təşviq etmək məqsədi daşıyan bu tədbir, builki mövsümdə
də fərqli xalqların nümayəndələrini bir araya gətirib.

Geniş iştirakçı kütləsi ilə müşayiət olunan tədbirdə,
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri,
diplomatik korpusun üzvləri, eləcə də ADA Universitetinin
rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, məzunları və
əməkdaşları iştirak ediblər.

Festival çərçivəsində qonaqlar 40-dan çox ölkənin zəngin
mədəniyyəti, qədim ənənələri, milli mətbəxi və musiqisi ilə
yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbir iki hissədən
ibarət olaraq rəngarəng ölkə stendlərinin sərgisi və mədəni və
bədii çıxışlar hissəsini əhatə edib.




Tədbirin bədii hissəsində müxtəlif xarici səfirliklər tərəfindən
hazırlanan xüsusi konsert proqramı nümayiş etdirilib. ABŞ,
Yaponiya, Çin, Türkiyə, Tacikistan və Avropa İttifaqına üzv
dövlətləri daxil olmaqla, onlarla ölkəni təmsil edən stendlərdə
milli mətbəx nümunələri, rəngarəng musiqilər, milli geyimlər və
rəqslər böyük maraqla qarşılanıb.

Ziyarətçilərin zövqünü oxşayan konsert proqramı ilə yanaşı,
interaktiv təqdimatlar və müxtəlif müsabiqələr də festivalın əsas
bəzəyinə çevrilib.

Bu tədbir, ADA Universitetində tolerantlıq və müxtəlifliyin
deyil, həm də canlı bir həyat tərzi olduğunu növbəti dəfə nümayiş
etdirib.