“Arsenal”ın müdafiəçisi “Real”ın hədəfindədir

Baş səhifə

Bakı. Trend:

“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori karyerasını İspaniya
La Liqasında davam etdirə bilər.

Trend xəbər
verir ki, “Real” italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu
barədə jurnalist Ramon Alvares məlumat yayıb.




Madrid təmsilçisinin baş məşqçisi təyin olunacağı gözlənilən
Joze Mourinyo Kalafiorini komandada görmək istəyir.

Qeyd edək ki, “Arsenal” Rikkardo Kalafiorini 2024-cü ilin
yayında “Bolonya”dan 43 milyon avroya transfer edib. İtaliya
millisinin üzvü olan 24 yaşlı sol cinah müdafiəçisi 2025/26
mövsümündə “topçular”ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 1
qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.