Bakı. Trend:
İsrail və Livan münaqişəyə son qoymaq üçün danışıqların dördüncü
mərhələsində irəliləyiş əldə ediblər.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin
nümayəndəsi Tommi Piqot deyib.
“Siyasət və təhlükəsizlik məsələləri üzrə irəliləyiş davam edir.
Biz son 20 ilin uğursuzluqlarını aradan qaldıraraq Livanın
suverenliyinin bərpasına və İsrailin təhlükəsizliyinin təmin
olunmasına yönəlmiş hərtərəfli sazişə doğru irəliləyirik”, – deyə o
bildirib.
Danışıqlar çərşənbə günü davam edəcək.

