“Alphabet” süni intellekt infrastrukturu üçün 80 milyard dollar cəlb etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

“Alphabet” şirkəti “Google”un süni intellekt infrastrukturunun
gələcək inkişafını maliyyələşdirmək məqsədilə səhmlərin satışı
hesabına 80 milyard dollar cəlb etməyi planlaşdırdığını
açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə “CNBC” telekanalı məlumat yayıb.




Məlumata görə, bu vəsait korporativ və fərdi istifadəçilər
tərəfindən süni intellekt sahəsində həll və xidmətlərə rekord
səviyyədə artan tələbat fonunda hesablama güclərinin
genişləndirilməsi üçün lazımdır.

Saziş çərçivəsində “Berkshire Hathaway” holdinqi “Alphabet”
şirkətinə 10 milyard dollar sərmayə yatıracaq. Şirkət daha 30
milyard dolları qiymətli kağızların zəmanətli yerləşdirilməsi yolu
ilə cəlb etməyi planlaşdırır. Bu məbləğin 15 milyard dollarını
məcburi konvertasiya olunan imtiyazlı qiymətli kağızları təmsil
edən depozitar səhmlər təşkil edəcək. Qalan 40 milyard dolların isə
üçüncü rübdə başlanması gözlənilən A və C sinifli səhmlərin bazarda
yerləşdirilməsi proqramı vasitəsilə əldə olunması nəzərdə
tutulur.