
Bakı.Trend:
Günəşdə gün ərzində iki güclü alışma baş verib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika
İnstitutundan məlumat yayıb.
Məlumata görə, iyunun 2-də Moskva vaxtı ilə saat 13:05-də
rentgen diapazonunda 4455 nömrəli günəş ləkələri qrupunda (N10W00)
31 dəqiqə davam edən M1.3 sinifli alışma qeydə alınıb.
Bundan əvvəl isə cəmi 5 dəqiqə davam edən M1.2 sinifli alışma
qeydə alınmışdı.
Qeyd edək ki, M sinifli alışmalar Günəş alışmalarının güc
təsnifatında yüksək səviyyələrdən biri hesab olunur və bəzi
hallarda Yerə yaxın kosmik mühitə və radio rabitəsinə təsir göstərə
bilər.
Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen
şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən
aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat
şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10
dəfə artır.

