
Bakı. Trend:
ABŞ dövlət katibinin Köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi
nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.
Trend xəbər
verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin sosial
şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda
canlarından keçənlərin xatirəsi ehtiramla yad edilib.

