Rusiya Ermənistandan üzüm və meyvə idxalını məhdudlaşdırıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti
(Rosselxoznadzor) iyunun 2-dən etibarən Ermənistandan gətirilən
çəyirdəkli meyvələr və üzümə müvəqqəti idxal məhdudiyyəti tətbiq
edib.

Trend xəbər verir ki,
bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.

Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb
Ermənistan mənşəli meyvələrin Rusiyaya ixracı zamanı aşkar olunan
pozuntu hallarının artmasıdır.




Rosselxoznadzor hesab edir ki, mövcud vəziyyət Rusiya və
Avrasiya İqtisadi İttifaqı ərazisində fitosanitar təhlükəsizlik
üçün risk yaradır, eyni zamanda Rusiyada bağçılıq, meyvəçilik və
üzümçülüyün inkişafına yönəlmiş dövlət proqramlarının icrasına
mənfi təsir göstərə bilər.

Bu səbəbdən 2026-cı il iyunun 2-dən albalı, gilas, ərik, gavalı,
şaftalı, nektarin və üzüm daxil olmaqla çəyirdəkli meyvələrin
Rusiyaya idxalına müvəqqəti məhdudiyyət qoyulur.