Azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb? 

Baş səhifə

İşğaldan azad olunmuş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq hesabat açıqlanıb.

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. 
Ötən ay ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 173, tankəleyhinə 111 mina və 1 537 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Hesabat dövründə ümumilikdə 75 202 396 m² (7 520.2 ha) ərazi mina və partlayıcı sursatlardan tam təmizlənərək təhlükəsiz hala gətirilib.