Myanmada güclü partlayış onlarla insanın həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Myanmanın şimal-şərqində yerləşən Namxam qəsəbəsində baş verən
partlayış nəticəsində azı 46 nəfər ölüb, 74 nəfər isə müxtəlif
dərəcəli xəsarətlər alıb.

Trend xəbər verir ki,
bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.

Məlumata əsasən, partlayışın dağ-mədən sektorunda istifadə
olunan partlayıcı maddələrin saxlanıldığı ehtimal edilən binada baş
verdiyi bildirilir.




Hadisə yerində çalışan xilasedicinin sözlərinə görə, dağıntılar
altından altısı uşaq olmaqla 46 nəfərin meyiti çıxarılıb. Yaralanan
74 nəfər isə tibbi yardım göstərilməsi üçün xəstəxanalara
yerləşdirilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.