
Bakı. Trend:
Hörmüz boğazı vasitəsilə neft nəqlində davam edən fasilələr
qlobal iqtisadiyyatın sabitliyi və enerji təchizatı üçün artan
risklər yaradır.
Trend xəbər verir ki,
bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta
Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının
(WTO) rəhbərlərinin birgə bəyanatında qeyd olunub.
Bildirilir ki, qlobal neft ehtiyatları Hörmüz boğazındakı mövcud
vəziyyət səbəbindən rekord sürətlə azalır.
“Təklif həcmləri normal səviyyəyə qayıtmayınca, Şimal
yarımkürəsində yayda neft tələbinin pik həddi ərəfəsində qlobal
neft ehtiyatlarının sürətlə azalmasının davam etməsi yanacaq
təhlükəsizliyi, bazar şəraiti və bütövlükdə iqtisadiyyatın
davamlılığı üçün artan risklər yaradacaq”, – deyə bəyanatda
vurğulanıb.

