
Bakı. Trend:
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti
müşahidə olunur.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u
saat 16:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağış, Yevlax,
Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir
şimşək çaxır, yağış yağır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti
Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı,
Laçında 15 m/s-yə çatır.

