Özbəkistan Hindistanla danışıqları başa çatdırıb

Baş səhifə

Bakı.Trend:

Özbəkistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulma üzrə
danışıqların başa çatdırılması barədə Hindistanla protokol
imzalayıb.

Trend xəbər verir
ki, bu barədə Özbəkistan Prezidentinin ÜTT məsələləri üzrə xüsusi
nümayəndəsi Əzizbəy Urunov öz Linkedin səhifəsində məlumat
verib.




Onun sözlərinə görə, Hindistan tərəfi ilə bu istiqamətdə
razılaşmalar hələ 2024-cü ildə əldə olunub.

Özbəkistan bu il ÜTT-yə tamhüquqlu üzvlüyü rəsmiləşdirməyi
planlaşdırır. Bu proses çərçivəsində Daşkənd bir sıra ölkələrlə, o
cümlədən Rusiya və Böyük Britaniya ilə danışıqları başa çatdırıb.
Urunov 2024-cü ilin sonunda ABŞ ilə təxminən 14 ay davam edən
danışıqların yekunlaşdığını açıqlamışdı.