
Bakı. Trend:
Mayın 31-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində yerləşən 110/35/10 kilovoltluq “Masazır”
yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.
Trend xəbər verir ki, bu
barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək
Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

