Tramp İranla razılaşma üçün daha sərt şərtlər irəli sürüb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranla danışıqlarda mövqeyini
sərtləşdirib.

Trend-in məlumatına görə, bu barədə “The New York Times” qəzeti
adı çəkilməyən Amerika rəsmilərinə istinadən xəbər verib.

“Prezident Tramp İranla müharibəyə son qoymaq üçün potensial
razılaşmanın şərtlərini sərtləşdirib. Təkliflər baxılması üçün İran
tərəfinə təqdim edilib”, – deyə məqalədə bildirilib.




Qəzet qeyd edib ki, hazırda Amerika liderinin hansı yeni
tələblər irəli sürdüyü məlum deyil.

Məqalədə vurğulanıb ki, Tramp bundan öncə İranın bəzi
aktivlərinin dondurulmasının aradan qaldırılması ideyasından
narazılığını bildirmişdi.