Livanda İsrailin hücumları nətəcəsində 3371 nəfər ölüb – Nazirlik

Baş səhifə

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Livanın cənub
bölgələrinə və Qərbi Bekaa bölgəsinə intensiv zərbələr endirib, 16
nəfər ölüb, 34 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İsrailin Səhiyyə Nazirliyi “X” sosial şəbəkəsində yazıb.




“2 martda hərbi eskalasiyanın başlamasından bəri ölən mülki
şəxslərin ümumi sayı 3371-ə çatıb, 10129 nəfər isə yaralanıb”, –
deyə nazirlik qeyd edib.