Bakı. Trend:
Kolumbiyada prezident seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla səhər
saat 8:00-da açılacaq və saat 16:00-a qədər açıq qalacaq.
Məlumata əsasən, ölkənin ən yüksək vəzifəsi uğrunda on bir
siyasətçi mübarizə aparır. Son sorğulara görə, yarışda liderlər
hakim solçu “Tarixi Pakt” partiyasının namizədi İvan Sepeda, ifrat
sağçı iş adamı Abelardo de la Espriella və mərkəz-sağ “Demokratik
Mərkəz” partiyasının nümayəndəsi Paloma Valensiyadır.
Birinci turda qalib gəlmək üçün namizəd mütləq səs çoxluğunu —
50% üstəgəl bir səs toplamalıdır. Əks halda, ikinci tur iyunun
21-də keçiriləcək.

