
Bakı. Trend:
Yaponiyanın müdafiə naziri Şindziro Koidzumi və Pentaqonun
rəhbəri Pit Heqset qabaqcıl raket sistemlərinin birgə istehsalını
sürətləndirmək barədə razılığa gəliblər.
Trend-in
məlumatına görə, bu barədə “The Japan Times” qəzeti xəbər
verib.
Məlumata əsasən, Sinqapurda keçirilən “Şanqri-La Dialoqu”
beynəlxalq təhlükəsizlik forumun zamanı keçirilən görüşdə tərəflər
Çinin artan hərbi gücü ilə bağlı narahatlıqlar fonunda hərbi
imkanların artırılması üçün bir sıra təşəbbüsləri müzakirə
ediblər.
Xüsusilə, Yaponiya və ABŞ qırıcı təyyarələri təchiz etmək üçün
qabaqcıl “SM-3 Block IIA” raketlərinin, eləcə də “AMRAAM” orta
mənzilli hava-hava raketlərinin istehsalını genişləndirəcəklər.
“Raketlərə qlobal tələbatın artması ilə müdafiə sənayesində
əməkdaşlıq Yaponiya-ABŞ ittifaqı üçün əsas məsələyə çevrilib”, –
deyə Ş. Koidzumi jurnalistlərə bildirib.

