Parisdə PSJ azarkeşləri iğtişaşlar törədib – Saxlanılanlar var

Baş səhifə

Futbol azarkeşləri Parisin XVI dairəsində PSJ-nin ev oyununu keçirdiyi “Park de Prens” stadionunun yaxınlığında iğtişaşlar törədiblər.

Modern.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, xuliqanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar, fişənglər atıblar. Polis buna göz yaşardıcı qazdan istifadə edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iğtişaşlarla bağlı 10 nəfər saxlanılıb.