Bakı. Trend:
Rəsmi Tehran və Vaşinqton arasında mümkün razılaşmanın bir
hissəsi olaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası
İrana 60 gün ərzində bloklanmış 12 milyard dollarlıq aktivlərinə
çıxış imkanı verməyi öhdəsinə götürüb.
Trend-in məlumatına görə, bu barədə İran mediası məlumat
yayıb.
Bildirilib ki, bu, iki ölkə arasında Pakistanın vasitəçiliyi ilə
hazırlanmış və hələlik qeyri-rəsmi sənəd olan 14 bəndlik Anlaşma
memorandumunda nəzərdə tutulub.
Sənədin ən vacib bəndlərindən biri isə Hörmüz boğazında tranzit
qaydalarının yenidən müəyyən edilməsidir. Belə ki, İran boğazdan
keçəcək gəmilərin xüsusiyyətlərini müəyyənləşdirmək üçün müstəsna
səlahiyyətə malik olacaq.

