
Bakı. Trend:
“Hizbullah” hərəkatı 17 apreldə atəşkəs qüvvəyə mindikdən bəri
ilk dəfə İsrailin şimalındakı yaşayış məntəqələrinə raket atıb.
Trend-in
məlumatına görə, bu barədə “Naharnet” xəbər portalı bildirib.
Məlumata əsasən, İslam müqavimət döyüşçüləri İsrail ərazisinə ən
azı 100 raket və dron atıblar ki, bunların əksəriyyəti “Dəmir
Günbəz” raketdən müdafiə sistemi tərəfindən dəf edilib.60 yaşayış
məntəqəsində hava hücumu sirenləri səsləndirilib.

