ABŞ ordusu Oman körfəzində yük gəmisini sıradan çıxarıb

Baş səhifə

Bakı. Trend

ABŞ Silahlı Qüvvələri İran limanına gedən daha bir ticarət
gəmisini sıradan çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə “Associated Press” agentliyi mənbələrə
istinadən xəbər verib.




Qambiya bayrağı altında üzən “Lian Star” yük gəmisi ABŞ
ordusunun bir neçə xəbərdarlığına məhəl qoymadığı və daha sonra
gəmini hərəkətsiz vəziyyətə gətirmək üçün təyyarələrdən istifadə
etdiyi bildirilib.

Yük gəmisinə ABŞ hərbçiləri daxil olmayıb. Agentlik bildirib ki,
gəmi hazırda Oman körfəzində üzür.