“Barselona” argentinalı hücumçu ilə anlaşıb

Baş səhifə

Bakı. Trend:

Argentina millisi və “Atletiko Madrid”in futbolçusu Xulian
Alvares “Barselona” ilə şəxsi müqaviləsinin detallarını
razılaşdırıb.

Trend-in
məlumatına görə-, bu barədə insayder Sesar Luis Merlo sosial şəbəkə
hesabında məlumat yayıb.




Onun sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi hazırda
Madrid təmsilçisi üçün rəsmi təklif hazırlayır. “Barselona” bu
keçid üçün qarşı tərəfə heç bir oyunçusunu təklif etmək niyyətində
deyil.

“Atletiko Madrid” argentinalı forvarda görə təxminən 150 milyon
avro təzminat tələb edir.