İspaniyada barda partlayış – 7 yaralı var

Baş səhifə

Bakı. Trend:

İspaniya paytaxtı Madridin barlarından birində güclü partlayış
baş verib.

Trend xəbər verir
ki, bu barədə Madridin Təcili Yardım Xidməti məlumat yayıb.
Məlumata görə hadisə nəticəsində biri ağır olmaqla yeddi nəfər
yaralanıb.




“El Pais” qəzetinin məlumatına əsasən, partlayışdan sonra binada
yanğın meydana gəlib. Hadisə yerinə gələn yanğın-mühafizə briqadası
alovu bir müddətdən sonra söndürməyə nail olub.

İlkin ehtimala görə, insident iaşə obyektinin soyuducu
kamerasının təmiri zamanı baş verib.