Filippində binanın çökməsi nəticəsində üç nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli
binanın üçması nəticəsində üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə “GMA News” televiziya kanalı
xəbər verib.

Məlumata əsasən, daha 18 nəfər itkin düşmüş hesab olunur.




Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatının davam
etdiyini və 26 nəfərin xilas edildiyini bildiriblər.

Bundan əvvəl şəhər administrasiyasının mətbuat katibi Cey Pelayo
binanın mayın 24-dən 25-nə keçəçən gecə üçduğunu və 40-a qədər
tikinti işçisinin ilişib qaldığını bildirmişdi.