Bakı. Trend:
Braziliyanın Minas-Jerays ştatında sərnişin avtobusu ilə yük
maşınının toqquşması nəticəsində ən azı səkkiz nəfər ölüb, 10 nəfər
yaralanıb.
Trend-in məlumatına görə, bu barədə ” CNN Brasil” televiziya
kanalı xəbər verib.
Məlumata əsasən, qəza bazar günü səhər tezdən ştatın
şimal-şərqindəki Santa-Kruz-de-Salinas bələdiyyəsindəki federal
magistral yolda baş verib. Güclü zərbədən sonra avtobus aşıb və hər
iki nəqliyyat vasitəsi yanıb.
Regional yanğınsöndürmə xidmətinin nümayəndələri bildiriblər ki,
bütün ölənlər sərnişin avtobusunda olub.

