“Brent” markalı neftin qiyməti 99 dollardan aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti bu ilin 11 may
tarixindən bəri ilk dəfə bir barel üçün 99 dollardan aşağı
düşüb.

Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.




Saat 02:02-yə olan məlumata əsasən, “Brent” markalı neftin
qiyməti 4,58% azalaraq bareli 98,80 dollara düşüb.

Saat 02:21 üçün “Brent” markalı neftin qiyməti enişini
sürətləndirərək bareli 98,78 dollara (4,6% azalma) çatıb.