
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin
Netanyahu ilə telefon danışığı zamanı İranla razılaşmanın
nəticəsinin İranın nüvə proqramının bağlanması olacağına söz
verib.
Trend-in
məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti yüksək
rütbəli İsrail rəsmisinə istinadən xəbər verib.
“Tramp Netanyahunu (…) İranla yekun razılaşmanın onun nüvə
proqramının ləğvinə gətirib çıxaracağına inandırmağa çalışıb”, –
deyə bildirilib.
Qəzetin mənbəyinə görə, Netanyahu öz növbəsində Trampa İsrailin “istənilən təhdidə qarşı, istənilən yerdə” hərəkət etmək hüququnu
saxlayacağını bildirib. Bu, xüsusilə Livana aiddir.
“The Times of Israel” qəzeti D. Trampın bu prinsiplə
razılaşdığını vurğulayıb.

