Tramp bir neçə İslam ölkəsini İbrahim Sazişlərinə qoşulmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında saziş əldə
olunacağı təqdirdə bir sıra islam ölkələrinin liderlərini İsraillə
sülh razılaşmalarına qoşulmağa çağırıb.

Trend-in məlumatına görə, nu barədə Axios məlumatlı mənbələrə
istinadən xəbər verib.




Mənbələrin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanı, BƏƏ,
Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə
söhbəti zamanı bildirib ki, İranla müharibə başa çatdıqdan sonra o,
hələ Abraham sazişlərinə qoşulmayan və ya İsraillə sülh razılaşması
olmayan ölkələrin bu prosesə qoşularaq yəhudi dövləti ilə
münasibətləri normallaşdıracağını gözləyir.

Portalın danışdığı iki amerikalı məmurun sözlərinə görə,
İsraillə rəsmi diplomatik münasibətləri olmayan Səudiyyə
Ərəbistanı, Qətər və Pakistan liderləri Trampın bu müraciətindən
təəccübləniblər.